Azərbaycanda taksi sürücüləri bəzi sərnişinlərdən şikayətçidirlər.
Yurd.Media xəbər verir ki, onlar sərnişinlərin avtomobildə yüksək səslə danışmasından, natəmizlik yaratmasından və ödənişlə bağlı etirazlarından narazıdırlar:
"Maşına əyləşdikdən sonra ucadan danışaraq fikrimizi yayındırırlar. Gecə saatlarında sərxoş sərnişinlərlə problemlər yaşanır. Həmçinin azyaşlılara valideynləri hazır qidalar verdikdə maşının içi çirklənir.Qadağan olunmuş yerdə saxlamağı da tələb edirlər", - deyə sürücülər "Xəzər Xəbər"ə şikayətlərini bildiriblər.
Yol hərkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, sərnişinlər ödənişlərini dəqiq etməlidirlər, taksini çirkənləndirə biləcək əşya və geyimlərlə avtomobilə əyləşmək olmaz.
Daha ətraflı süjetdə: