SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
“Sosial mediada təhlükəsizliyini qoru!” layihəsinin yekun təlimi və təltifetmə mərasimi keçirilib - FOTO

“Sosial mediada təhlükəsizliyini qoru!” layihəsinin yekun təlimi və təltifetmə mərasimi keçirilib - FOTO

  • 21 avqust 2025, 17:25

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin icra etdiyi “Sosial mediada təhlükəsizliyini qoru!” layihəsi çərçivəsində yekun maarifləndirici təlim və təltifetmə mərasimi təşkil olunub.

Yurd.Media xəbər verir ki, layihənin əsas məqsədi gənclər arasında rəqəmsal savadlılığı artırmaq, təhlükəsiz onlayn mühit yaratmaq və texnologiyadan məsuliyyətli istifadə mədəniyyətini formalaşdırmaqdır.

Tədbirdə “İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Aytac Kərimova çıxış edərək layihənin gənclərin rəqəmsal təhlükələrə qarşı maarifləndirilməsindəki rolunu vurğulayıb. O, layihənin gənclərə kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların onlayn məkanda məsuliyyətli davranış tərzini inkişaf etdirdiyini qeyd edib.

Təlim çərçivəsində Abbas Pənahov tərəfindən “Kriptoqrafiyanın tarixi və əsas anlayışları” mövzusunda interaktiv sessiya keçirilib. Sessiyada iştirakçılara kibertəhlükəsizliyin əsas prinsipləri və kriptoqrafiyanın müasir dövrdəki əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

London Universitetinin “Kibertəhlükəsizliyin əsasları” kursu haqqında

Təlimdən sonra  Dünyanın top 10-da yer alan və ən qədim və nüfuzlu federal ali təhsil müəssisələrindən biri London Universitetinin “Coursera” platformasında təqdim olunan “Kibertəhlükəsizliyin əsasları” onlayn kursunu müvəffəqiyyətlə başa vuran iştirakçılar sertifikatlarla təltif ediliblər. Bu kurs informasiya və kommunikasiya texnologiyaları sahəsində ümumi biliklərə malik olan hər kəs üçün nəzərdə tutulmuşdur və kibertəhlükəsizliyin əsas anlayışlarına ( Kibertəhlükəsizliyin mahiyyəti və əhəmiyyəti, Kriptoqrafiyanın rolu və Təhlükəsizlik idarəetməsi)  haqqında fundamental biliklər tədim etdi.

Təltifetmə mərasimi layihənin uğurlu nəticələrini və iştirakçıların nailiyyətlərini qeyd etmək üçün təşkil olunub. “Sosial mediada təhlükəsizliyini qoru!” layihəsi gənclərin rəqəmsal dünyada təhlükəsizliyini təmin etmək, onların texnologiyadan məsuliyyətli istifadə etmə bacarıqlarını inkişaf etdirmək və cəmiyyətdə təhlükəsiz onlayn mühit yaratmaq məqsədinə xidmət edib. “İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi bu layihə ilə gənclərin maarifləndirilməsinə və rəqəmsal təhdidlərə qarşı müqavimətinin gücləndirilməsinə əhəmiyyətli töhfə verib.

Prime Leasing