SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Sürücülük vəsiqəsini dəyişmək tələb olunan sənədlər – Yol Polisi açıqlayır

Sürücülük vəsiqəsini dəyişmək tələb olunan sənədlər – Yol Polisi açıqlayır

“Sürücülük vəsiqəsini dəyişmək üçün vətəndaş istənilən ASAN Xidmət mərkəzlərinə, eyni zamanda Dövlət Yol Polis idarəsinin qeydiyyat-imtahan şöbəsinə müraciət edə bilər”.

Yurd.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Həmçinin sürücülük vəsiqəsini dəyişmək üçün tələb olunan sənədlər də açıqlanıb:

“Həmin şəxsin şəxsiyyət və sürücülük vəsiqələri, dövlət rüsumunun ödənilməsi barədə qəbz lazımdır. Həmçinin şəxs 60 yaş və üzəridirsə, hər hansı gözlə görülən fiziki qüsurludursa, tibbi arayış lazım olacaq”.

Prime Leasing