Gəncə şəhər Pravoslav Kilsəsində keçirilən Pasxa bayramında ibadət edənlərdən biri də "Sumqayıt" Peşəkar Futbol Klubunun başmaqçisi Saşa İliç olub.
Yurd.Media xəbər verir ki, o Tovuzda keçiriləcək "Turan Tovuz" və "Sumqayıt" oyunundan öncə Pasxa bayramı günü münasibətilə Gəncə şəhərində olan Provaslav Kilsədə ibadət edib. O, şam yandırıb, dua edib.
Baş məşqçi daha sonra Tovuz rayonuna yola düşüb.
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" oyunu bu gün saat 18:00-da Tovuz şəhər stadionunda başlayacaq.
Azərbaycan Premier Liqasında "Turan" 49 xalla 3-cü, "Sumqayıt" klubu 32 xalla 7-ci yerdədir.