SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Stalinin Lənkəranda dustaq kimi yatdığı tarixi qala QƏZALI VƏZİYYƏTDƏ

Stalinin Lənkəranda dustaq kimi yatdığı tarixi qala QƏZALI VƏZİYYƏTDƏ

  • 26 aprel 2025, 14:51

Lənkəranda 3 əsrlik yaşı olan dairəvi qala yararsız haldadır.

Tarixi abidə 2006-cı ildə təmir olunsa da, 2015-ci ildə Lənkərana yağan güclü qar səbəbindən abidə yenidən qəzalı vəziyyətə düşdü.

"Yurd.Media" xəbər verir ki, müxtəlif illərdə zindan, tikiş fabriki və rəsm qaleriyası kimi istifadə olunan qala Nazirlər kabinetinin qərarı ilə 2001-ci ildən memarlıq abidələri siyahısına daxil edilib.

"AZTV"yə danışan tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova bildirdi ki, dairəvi qala 1747-ci ildə I Pyotr tərəfindən tikdirilmişdir. Müdafiə xarakterli qala bir çox müharibələrə şahidlik etmişdir. Dairəvi qalada 1869-1959-cu ilə kimi həbsxana kimi istifadə olunmuşdur. 140 dustaq üçün tikilsə də 310 dustaq saxlanılmışdır.

Görkəmli şəxsiyyət İosif Stalin poçt qatarını qarət etdiyinə görə 1903-1904-cü illərdə bu qalada saxlanılmışdır.

Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin mətbuat xidmətinin rəhbəri Fariz Hüseynli bildirir ki, Lənkəran şəhərində yerləşən dairəvi qalanın bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması işləri tamamlanıb. Qanunvericiliyə uyğun olaraq digər sənədləşmə işləri yekunlaşdıqdan sonra tarixi abidənin bərpasına başlanılacaqdır.

Prime Leasing