SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Ukraynadan gətirilən baytarlıq preparatı məhv edildi

Ukraynadan gətirilən baytarlıq preparatı məhv edildi

  • 27 aprel 2026, 20:28

Ukraynadan Azərbaycana gətirilən baytarlıq preparatı məhv edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Ukraynadan gətirilən “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb.

Belə ki, fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan preparata baxış zamanı onda kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.

Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul edilmiş müvafiq qərar əsasında məhv edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları