SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Zaqatalaya avtobus reyslərin sayı artırılıb

Zaqatalaya avtobus reyslərin sayı artırılıb

  • 29 avqust 2025, 10:56
Zaqatala

Bakı-Zaqatala-Bakı istiqamətində avtobus reyslərin sayı artırılıb.

Yurd.Media-nın məlumatına görə, Bakı-Zaqatala-Bakı istiqamətinə ilk reys ötən ilin dekabr ayında istifadəyə verilib və bu xidmət sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərnişinlərin rahatlığının təmin olunması və artan tələbatın qarşılanması məqsədilə Bakı-Zaqatala-Bakı istiqamətində reyslərin sayı artırılıb. Yenilənmiş qrafik sərnişinlər üçün daha əlverişli seçim imkanı yaradır və gediş-gəlişin daha rahat şəkildə təşkil olunmasına xidmət edir.

Bakıdan Zaqatala istiqamətində reyslər saat 11:00, 13:30 və 14:30-da, Zaqataladan Bakı istiqamətində isə 09:40, 12:00 və 13:30-da həyata keçirilir. Əlavə reyslər sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin planlaşdırılmasına şərait yaradır.

Prime Leasing