SÜJET
Şəki rayonunda yağıntılı hava şəraiti ilə əlaqədar sel təhlükəsi gözlənilir.
Yurd.Media "AZTV Xəbər"-ə istinadən xəbər verir ki, Şəki rayonunda suyun səviyyəsi qalxıb.
Bir həftədən çoxdur ki, fasilələrlə yağan leysan yağışlar səbəbindən çaylarda suyun səviyyəsi qalxır.
Mütəxəsislər bildiriblər ki, son 5 ildə ilk dəfə olaraq, dağlara qar yağıb.
Buna görə də dərələrdə çoxlu qar kütləsi var. Bu sel təhlükəsinin qarşısını alır.
Həmçinin Azərbaycanın şimal-qərb bölgəsində Katexçayında, Zaqatala çayında, Şin çayında, Kiş çayında, Qəbələ çaylarında sululuq artıb.
Meteroloqlar 1 həftə ərzində yağışların davam edəcəyini proqnozlaşdırıblar.