SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Samur çayının su ehtiyatlarının Azərbaycan və Rusiya arasında bölünməsi razılaşdırıldı

Samur çayının su ehtiyatlarının Azərbaycan və Rusiya arasında bölünməsi razılaşdırıldı

  • 27 dekabr 2025, 15:08

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən yaradılmış Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının 28-ci iclası Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonu, Yaraq Qazmalar kəndində keçirilib. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Yurd.Media-ya verilən məlumata görə, görüş Azərbaycan–Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, ADSEA tabeliyində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə baş tutub. İclasda Regional Su Meliorasiya Xidmətinin, Xarici İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər. 

Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölünməsi, monitorinqinin aparılması, Samur Hidroqovşağının birgə istismarı və digər aktual məsələlər müzakirə olunub, görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları