SÜJET
Sabah daha bir Birinci Qarabağ müharibəsi itkin-şəhidi dəfn olunacaq.
Yurd.Media xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.
Qeyd edilib ki, 1939-cu ildə anadan olmuş itkin-şəhid mülki şəxs Əsəddin Novruzov Curu oğlu Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.