SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Rusiyada öldürülən qardaşlar dəfn olundular - GÖRÜNTÜLƏR

Rusiyada öldürülən qardaşlar dəfn olundular - GÖRÜNTÜLƏR

  • 01 iyul 2025, 11:14

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarıyla Ağcabədi rayonunun Hacıbədəlli kəndində vida mərasimi keçirilib.

Yurd.Media-nın xəbərinə görə, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.

Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ötən ayın 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.

Prime Leasing