Bakının Nəsimi rayonunda “Rahat” supermarketlər şəbəkəsinin mağazasından oğurluq edən şəxsi polisə verilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Telman Səlimov (ad-soyad şərtidir) S.Vurğun küçəsi və Ş.Əzizbəyov küçəsinin kəsişməsində olan “Rahat” marketdən 400 manat dəyərində yağ oğurlayıb.
Marketin müdiri həmin şəxsi saxlayaraq polisə təhvil verib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ittiham elan edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən başlanmış işə xitam verilib. O, inzibati məsuliyyətdən azad edilib.