SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Qubadlıda 1200 fidan əkildi - FOTO

Qubadlıda 1200 fidan əkildi - FOTO

  • 26 sentyabr 2025, 20:17

Qubadlıda 1200-dən artıq müxtəlif cins ağac əkilib.

Yurd.Media xəbər verir ki, 27 sentyabr - Anım Günü ilə əlaqədar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı və birgə təşkilatçılığı ilə Qubadlı rayonunda bir hektar ərazidə ağacəkmə aksiyası keçirilib.

Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq keçirilən tədbirdə rayonun torpaq-iqlim şəraitinə uyğun 1200-dən artıq müxtəlif cins ağac əkilib.

Şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla anırıq!

Prime Leasing