SÜJET
Ucar sayon sakini Əlibala Əsgərov ona əsassız olaraq cərimə yazıldığını aşkar edib.
Yurd.Media xəbər verir ki, o, “Xəzər Xəbər”-ə açıqlamasında deyib ki, nəqliyyat vasitəsi alternativ yolla getdiyi halda Bakı-Qazax yolunda əks istiqamətli hərəkət zolağına çıxmasına dair cərimə gəlib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qayda pozuntusu foto və video vasitəsilə aşkar edilib. Bu zaman texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ araşdırılıb və texniki xəta aradan qaldırılıb.
Daha ətraflı süjetdə: