SÜJET
Azərbaycan Karate Federasiyası bu qurumun vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması münasibətilə onu təbrik edib.
Yurd.Media xəbər verir ki, bu barədə Modern.az-a Federasiyadan daxil olan məlumatda bildirilib.Məlumatda o da qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fərid Əsgərov general-mayor ali hərbi rütbəsinə layiq görülüb.Federasiya bu məsuliyyətli və şərəfli fəaliyyətində Fərid Əsgərova uğurlar arzulayıb.
Xatırladaq ki, Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilərək, Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunub.Fərid Əsgərov son təyinatadək polkovnik rütbəsində Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini postunu tutub.