SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Prezident Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin AÇILIŞINDA - FOTO

Prezident Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin AÇILIŞINDA - FOTO

  • 10 may 2026, 13:46
Zəngilan

Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib.

Yurd.Media xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kompleksdə yaradılmış şərait barədə dövlət başçısına məlumat verib.

Qeyd edək ki, 2022-ci ildə bu kompleksin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olub.

Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli "townhouse" tipli evlər tikilib. Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır.

Bu yaşayış kompleksində sakinlərin sosial məsələlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları