SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Onlayn sifarişlərin son vaxtlar gecikmə SƏBƏBİ - VİDEO

Onlayn sifarişlərin son vaxtlar gecikmə SƏBƏBİ - VİDEO

  • 20 fevral 2026, 11:23

Son aylarda onlayın sifariş olunan məhsullarla bağlı müəyyən problemlər yaşanır.

Yurd.Media xəbər verir ki, alıcılar elektron platformalardan sifariş verdikləri məhsulların təhvil alınmasında gecikmələr müşahidə edirlər.

Tətbiqlərdə bağlamanın ölkəyə çatdığı göstərilsə də, lakin onun təhvil verilmə vaxtı olduqca gecikir.

Sakinlər bildirirlər ki, məhsullar gömrükdən keçsə də, onların kuryerlə çatdırılması vaxt alır.

Karqo şirkətləri isə vurğulayırlar ki, məhsulların uzun müddət anbarda qalması və gec təhvil verilməsi yalnız müştəri məmnuniyyətinə təsir etmir, eyni zamanda şirkət üçün də əlavə saxlanma xərci deməkdir.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Natiq Axundov Azərbaycan Televiziyasına ( AzTV) bildirib ki, son zamanlar düzgün bəyan edilməyən və ümumiyyətlə heç bəyan edilməyən bağlamaların sayı artıb:

"Bu uyğunsuzluqların aşkar edilməsi istiqamətində araşdırmalar və tədbirlər aparılır".

Onlayn sifarişlərin son vaxtlar gecikmə SƏBƏBİ - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları