SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
İtkinlikdən şəhidliyə uzanan 33 il: Kəlbəcərdə vida mərasimi

İtkinlikdən şəhidliyə uzanan 33 il: Kəlbəcərdə vida mərasimi

  • 03 iyul 2026, 22:38
Kəlbəcər

33 illik həsrət, gözləmə və ümid bu gün Kəlbəcərdə torpağa tapşırılan bir nəşlə sona çatdı.

Yurd.Media xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və 33 ildən sonra kimliyi müəyyən edilən Babayeva Mədinə Rəhim qızının meyitinin qalıqları Kəlbəcər rayonunda dəfn olunub.

Şəhidlə vida mərasimi Kəlbəcər rayonunun Daşbulaq kəndinin qəbiristanlığında keçirilib. Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Babayeva Mədinə Rəhim qızı 1905-ci ildə Kəlbəcər rayonunun Daşbulaq kəndində anadan olub. 1993-cü il martın 31-də Daşbulaq kəndi işğal olunan zaman itkin düşmüş sayılırdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları