Xocalıya növbəti KÖÇ

Xocalıya növbəti KÖÇ

  • 27 aprel 2025, 15:09
Xocalı

Sabah Xocalı şəhərinə növbəti köç olacaq.

Yurd.Media xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan insanlar doğma yurda yola salınacaqlar.

Köçürülənlər Bakı, Goranboy, Abşeron, Ağcabədi, Sumqayıt, Gəncə, Qobustan, Şirvan və Mingəçevir şəhərləri ilə yanaşı, müxtəlif rayonlardandır. Onların arasında 15 ailə (65 nəfər) Bakı şəhərindən, 7 ailə (30 nəfər) Goranboy rayonundan, 3 ailə (12 nəfər) Abşeron rayonundan, 2 ailə (7 nəfər) Ağcabədi rayonundan, 2 ailə (6 nəfər) Sumqayıt şəhərindən, 1 ailə (6 nəfər) Gəncə şəhərindən, 1 ailə (5 nəfər) Qobustan rayonundan, 1 ailə (4 nəfər) Şirvan şəhərindən və 1 ailə (3 nəfər) Mingəçevir şəhərindəndir.