SÜJET
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Yurd.Media cədvəli təqdim edir:
S/n | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulun keçirildiyi gün |
1. | Gənclər və idman naziri Fərid Qayıbov | Bərdə | Bərdə, Tərtər | 01 |
2. | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | Qusar | Qusar, Quba | 01 |
3. | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov | Ağsu | Ağsu, İsmayıllı | 01 |
4. | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov | Hacıqabul | Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar | 04 |
5. | Baş prokuror Kamran Əliyev | Qəbələ | Qəbələ, Oğuz, İsmayıllı | 08 |
6. | Ədliyyə naziri Fərid Əhmədov | Ağsu | Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Kürdəmir | 08 |
7. | Baş prokuror Kamran Əliyev | Xaçmaz | Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı | 15 |
8. | İqtisadiyyat naziri Mikayıl Cabbarov | Şamaxı | Şamaxı, Qobustan | 15 |
9. | Kənd təsərrüfatı naziri Məcnun Məmmədov | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 15 |
10. | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov | Tovuz | Tovuz, Ağstafa, Qazax | 15 |
11. | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | Naftalan | Naftalan, Gəncə, Samux, Goranboy, Daşkəsən, Göygöl, Kəlbəcər, Xocalı | 18 |
12. | Daxili işlər naziri Vilayət Eyvazov | Xaçmaz | Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı | 22 |
13. | Energetika naziri Pərviz Şahbazov | Samux | Samux, Gəncə, Şəmkir, Göygöl, Daşkəsən, Goranboy | 22 |
14. | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | Saatlı | Saatlı, Sabirabad, İmişli, Füzuli, Beyləqan, Xocavənd, Cəbrayıl | 22 |
15. | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov | Qax | Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən | 22 |
16. | "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev | Qazax | Qazax, Ağstafa, Tovuz | 22 |
17. | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | Daşkəsən | Daşkəsən, Göygöl | 25 |
18. | Elm və təhsil naziri Emin Əmrullayev | İsmayıllı | İsmayıllı, Ağsu, Şamaxı, Qobustan | 28 |
19. | Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev | İsmayıllı | İsmayıllı, Şamaxı | 29 |
20. | Mədəniyyət naziri Adil Kərimli | Şəmkir | Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax | 29 |
21. | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | Şabran | Şabran, Siyəzən, Xızı, Sumqayıt | 29 |
22. | Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 29 |
23. | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev | Qazax | Qazax, Ağstafa, Tovuz | 29 |
24. | "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov | Şirvan | Şirvan, Hacıqabul | 29 |
25. | "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov | Naftalan | Naftalan, Goranboy, Xocalı | 29 |
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.