SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Naxçıvanda restoranda yanğın olub - VİDEO

Naxçıvanda restoranda yanğın olub - VİDEO

  • 22 mart 2026, 15:47

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşən restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 420kv.m. olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində restoranın çardaq hissəsi 20kv.m. sahədə yanıb.

Restoranın işçi heyəti və müştərilər təxliyə edilib. Xəsarət alan olmayıb.

Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.

Naxçıvanda restoranda yanğın olub - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları