SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Türkiyənin vitse-prezidenti MÜSİAD Azərbaycan 5-ci Ümumi Yığıncağında

Türkiyənin vitse-prezidenti MÜSİAD Azərbaycan 5-ci Ümumi Yığıncağında

  • 23 dekabr 2025, 17:45

MÜSİAD Azərbaycan 5-ci Ümumi Yığıncağının bağlanış tədbiri keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Ticarət naziri Ömer Bolat, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım və başqaları da iştirak ediblər.

Çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib ki, Azərbaycanla ikitərəfli ticarət 2024-cü ildə təqribən 8 milyard dollara çatıb.

“Bu rəqəmin 3,1 milyard dolları Azərbaycana ixracımızı, 4,8 milyard dolları isə Azərbaycandan idxalımızı əks etdirir. Biz dövlət, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları olaraq prezidentlərimizin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət həcmi hədəfinə uyğun olaraq işimizi davam etdiririk, - o bildirib.

Cevdet Yılmaz qeyd edib ki, MÜSİAD Azərbaycan 100 üzvü və tikintidən energetikaya, logistikadan tekstilə qədər geniş sektorlar üzrə fəaliyyətləri ilə bu məqsədə əhəmiyyətli töhfə verir.

O qeyd edib ki, Azərbaycanla təqribən 39 milyard dollarlıq qarşılıqlı investisiyaların səviyyəsi sevindiricidir:

"Bu rəqəmin təqribən 18 milyard dolları Azərbaycana, 21 milyard dollara yaxını isə Azərbaycanın ölkəmizə yatırdığı investisiyaları əks etdirir”.

Tədbirdə çıxış edən KOBİA-nın rəhbəri Orxan Məmmədov bildirib ki,  əməkdaşlığımızda yeni dönəm başlayır:

“Bu gün MÜSİAD Azərbaycanla KOBİA arasında anlaşma memarandumu imzlanacaq. Bu əməkdaşlığımızı daha daha səmərəli və uzunmüddətli edəcək. MÜSİAD ilə əməkdaşlığımız qardaşlığımızın iqtisadi sahədə daha da möhkəmlənməsinə töhfə vercək”, - o deyib.

"MÜSİAD Azərbaycan" İctimai Birliyinin V Ümumi Yığıncağında MÜSİAD Azərbaycan İdarə Heyətinin sabiq sədri Rəşad Cabirli deyib ki, MÜSİAD Azərbaycan üzvləri Azərbaycan iqtisadiyyatına 167 milyon manat investisya qoyub, ondan 93 milyon manat investisiya təkcə bu il qoyulub.

Onun sözlərinə görə, bu Türkiyə-Azərbaycan qardaşlığının ticarət və sahibkarlıq sahəsində birliyinin nümayişidir.

R. Cabirli qeyd edib ki, 2021-ci ilin iyun ayında Prezidentlər İlham Əliyev Türkiyə və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa bəyannaməsi əməkdaşlığımızı strateji səviyyəyə yüksəldilib:

"Bəyannamədə bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi hədəf qoyulub. Bu istiqamətdə fəaliyyət göstərmişik, göstəririk. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") 100 üzvü 8,5 min şəxsi işlə təmin edib". 

MÜSİAD Azərbaycan İdarə Heyətinin yeni sədri Fuat Kayhan isə bildirib ki, 2 il ərzində 12 böyük layihəni həyata keçirmək planlaşdırılır.

O, qeyd edib ki, bu layihələr üçün sənaye və investisiya komissiyasının yaradılacaq:

“Layihələr KOBİA, Azərbaycan İqtisadiyyat Nazirliyi, Türkiyənin İqtisadiyyat Nazirliyi və MÜSİAD Baş Qərargahı tərəfindən birgə dəstəklənəcək”.

F.Kayhan fəaliyyətə başlayacaq istehsal müəssisələri ilə qlobal rəqabətədavamlı sənaye infrastrukturunun yaradılacağını deyib:

“Bu kontekstdə ilk istehsal müəssisəsi "kran (krank) istehsal fabriki" olacaqdır. İcraçı. Bu sektoru Azərbaycan markalı istehsalla bir araya gətirmək bizim üçün mühüm hədəfdir".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları