Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin keçmiş direktor müavini Səbuhi Əliyevin bu ildən işlədiyi Dövlət Statistika Komitəsində vəzifəsi 3-cü dəfə dəyişib.
Bu barədə Yurd.Media-ya Komitədən bildirilib.
Xatırladaq ki, quruma sədrlik edən Azər Mursaqulov bundan əvvəl adı çəkilən Agentliyin direktoru, S.Əliyev isə onun müavini olub.
A.Mursaqulov bu ilin fevral ayında yeni işə keçəndən sonra apreldə keçmiş müavinini özünə müşavir gətirib, avqustda aparat rəhbəri təyin edib, bu günlərdə də sədrin təqdimatı əsasında, Prezident İlham Əliyevin sərəncamı ilə S.Əliyev sədr müavini təyin olunub.