SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Miqrasiya Xidməti məlumat yaydı - Bu şəxslər ölkəni tərk etməlidirlər

Miqrasiya Xidməti məlumat yaydı - Bu şəxslər ölkəni tərk etməlidirlər

  • 01 iyul 2025, 14:38

24 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVID-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2025-ci il iyulun 31-dək Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.

Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumatda bildirilib.

"Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.

Prime Leasing