Azərbaycana qida məhsulları idxal edən "Merano-Baku" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 3,55 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 82,6% çoxdur.
Bu ilin əvvəlinə "Merano-Baku"nun aktivləri ötən ilin əvvəlinə nisbətən 14% çox - 20,15 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 14,3 milyon manat (1,8% az), balans kapitalı isə 5,85 milyon manat (87,9% çox), o cümlədən nizamnamə kapitalı 0,1 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, "Merano-Baku"