SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Mingəçevirdə Birinci Qarabağ müharibəsi şəhidinin qalıqları dəfn olunub - FOTO

Mingəçevirdə Birinci Qarabağ müharibəsi şəhidinin qalıqları dəfn olunub - FOTO

  • 27 may 2025, 14:17
Mingəçevir

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Əsəddin Curu oğlu Novruzov Mingeçevir şəhər şəhidlər xiyabanında dəfn edilib.

Yurd.Media Trend-ə istinadən xəbər verir ki, itkin – şəhid Novruzov Əsəddin Curu oğlu Mingəçevir şəhər şəhidlər xiyabanında, yaylım atəşi və hərbi orkestrın himn sədaları altında torpağa tapşırılıb.

Mərasimdə şəhidin doğmaları, Mingeçevir şəhər və Ağdam rayon ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak edib.

Sonda şəhidin tabutuna bükülmüş üç rəngli bayraq şəhidin oğluna təhvil verilib. Şəhidin ruhuna dualar oxunub. Məzar üzərinə əklil və gül dəstələri düzülüb.

Prime Leasing