SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Mərkəzi Bankın yeni binasına 2 milyon manatlıq girişə nəzarət sistemi

Mərkəzi Bankın yeni binasına 2 milyon manatlıq girişə nəzarət sistemi

  • 06 noyabr 2025, 19:51

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisinin son mərhələsi həyata keçirilir.

AMB-nin yeni inzibati binasında girişə nəzarət sisteminin quraşdırılması və onun bina idarəetmə sisteminə inteqrasiyası işləri ilə bağlı hazırlıqlara başlanılıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, AMB hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır. Belə ki, girişə nəzarət sisteminin quraşdırılmasına isə 2 milyon manatdan çox vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, AMB-nin yeni binası paytaxtın Nizami rayonunda yerləşir və cari ilin may ayına qədər yeni inzibati binanın inşasına 477,438 milyon manat xərclənib. Həmin vaxt işlərin davamına isə 153,883 milyon manat xərclənməsi nəzərdə tutulub. Beləliklə, qeyd olunub ki, bina AMB-yə 631,321 milyon manata başa gəlməlidir. 

Prime Leasing
SPE Annual Caspian