SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Kürdəmirdə əri yaş yarımlıq körpəsi olan arvadını qətlə yetirdi

Kürdəmirdə əri yaş yarımlıq körpəsi olan arvadını qətlə yetirdi

  • 24 may 2026, 16:43
Kürdəmir

Kürdəmirdə mübahisə qanlı sonluqla nəticələndi.

Yurd.Media "Metbuat.az"a istinadən bildirir ki,  Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində ər Bəşirov Natiq Araz oğlu həyat yoldaşı - 21 yaşlı Bəşirova Lamiyə İsmayıl qızını qətlə yetirilib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.

Qadının cansız bədəni ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib. Qeyd edək ki,hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, cütlük 2024-cü ildə ailə qurub və bu izdivacdan onların yaş yarımlıq övladları da var. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları