Azərbaycanda korrupsiya ilə bağlı keçirilən əməliyyatların detalları açıqlanıb.
Yurd.Media xəbər verir ki, Baş prokuror Kamran Əliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd olunub ki, korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən ötən il həyata keçirilən 16 əməliyyat tədbiri nəticəsində 11 şəxs cinayət başında yaxalanıb.
O bildirib ki, əməliyyatlar çərçivəsində üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 86 cinayət işi başlanıb.
Baş prokuror vurğulayıb ki, ötən ildən bu günə cinayət işləri üzrə vurulmuş maddi ziyandan 3 milyon 435 min manatın ödənilməsi, həmçinin 14 milyon 916 min manat məbləğində əmlakın üzərinə həbs qoyulmaqla ümumilikdə 18 milyon 351 min manat məbləğində ziyanın bərpası təmin olunub.
Bildirilib ki, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 307 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 189 min manat məbləğində pul vəsaiti ödənilib.
Qeyd olunub ki, 2020-ci ildən ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktları ilə əlaqədar 237 inzibati xəta haqqında is üzrə icraat və 644 cinayət işi başlanmaqla təqsirli şəxslər barəsində zəruri məsuliyyət tədbirləri görülüb, 7 milyon 277 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib.