SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Komitə sədri özünə yeni köməkçi götürdü - FOTO

Komitə sədri özünə yeni köməkçi götürdü - FOTO

  • 20 iyun 2026, 13:31

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Qazax rayonundan seçilmiş deputat Səməd Seyidov özünə yeni köməkçi götürüb.

Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, bu vəzifəyə Qədir Medtixanlı təyinat alıb.

O, ADA Universitetinin məzunudur. Q.Mehtixanlı əvvəllər Qazax Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində çalışıb.

Qeyd edək ki, S.Seyidovun köməkçisi Akif Əmirov bu ilin fevralında işdən çıxarılıb. Buna onun və Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşı Hacıalı Məmmədovun sərxoş vəziyyətdə avtomobilə əyləşmələri və qəza törətmələri səbəb olub. Bundan sonra S.Seyidov A.Əmirovu köməkçi vəzifəsindən uzaqlaşdırıb.

Xatırladaq ki, Səməd Seyidov 109 saylı Qazax seçki dairəsindən deputat seçilib.

Skat.az - Ev və Avtomobil elanları