SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kahının içində 150 kiloqrama yaxın narkotik keçirmək istədilər - FOTO

Kahının içində 150 kiloqrama yaxın narkotik keçirmək istədilər - FOTO

  • 26 dekabr 2025, 08:52

Kahının içində 150 kiloqrama yaxın narkotik vasitənin dövlət sərhədindən keçirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Yurd.Media-ya bildirilib ki, Astara Gömrük İdarəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana, ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya "kərəviz və kahı" yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.

Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib.

Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindən gizlədilən, xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitə həşiş və 89 kiloqram 705 qram narkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları