SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
İşçini həm tərbiyəçi, həm də xadimə-dayə kimi işlədən uşaq bağçasının müdiri CƏRİMƏLƏNDİ

İşçini həm tərbiyəçi, həm də xadimə-dayə kimi işlədən uşaq bağçasının müdiri CƏRİMƏLƏNDİ

  • 30 iyul 2026, 16:41
Zaqatala

“Çiçək” körpələr evi-uşaq bağçasında əmək hüquqlarının pozuntusu faktı aşkarlanıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı həmin bağçada tərbiyəçi olan Nərgiz Novruzova şikayət edib. Şikayət əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsində araşdırma aparılıb. 

“Çiçək” körpələr evi-uşaq bağçasında tərbiyəçi olan Nərgiz Novruzovanın izahatında qeyd olunub ki, işlədiyi qrupu tək idarə edib, xadimə-dayə olan Gülbəniz Qasımova təmir gedən bağçada olub. Onun sözlərinə görə, buna görə heç bir ödəniş olunmayıb. 

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi Oruc İsmayılov bildirib ki, vətəndaş Zaqatala şəhərində fəaliyyət göstərən “Çiçək” körpələr evi-uşaq bağçasında əmək hüquqlarının pozulması barədə müraciətinin araşdırılması zamanı şəxsə həm tərbiyəçi, həm də xadimə-dayə vəzifələrini eyni vaxtda yerinə yetirilməsi ilə bağlı ödənilməli olan vəsaitlərin müəyyən dövr üzrə düzgün hesablanaraq ödənilmədiyi müəyyən edilib. 

“Bu səbəbdən həmin bağçanın müdiri İlhamə Şabiddin qızı Hüseynova barəsində inzibati xəta haqqında protokola əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilib, 30 gün müddət müəyyən edilib. Həmçinin qeyd edilən hüquqpozmanın 30 gün müddətində aradan qaldırılaraq şöbəyə məlumat verilməsi ilə bağlı icrası məcburi göstəriş məktubu Şəki-Zaqatala Regional Təhsil İdarəsinə göndərilib. Lakin protokol gününə qədər hüquqpozmanın aradan qaldırılması ilə bağlı hər hansı sənəd və ya məlumat təqdim edilməyib. Buna görə də həm həmin hüquqi şəxs və vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Protokol tərtib edilməmişdən buna dair sübut göndərilmədiyindən protokol tərtib edilib. Sonradan sənəd göndərilib ki, həmin əmək haqqı ödənilib” – deyə İsmayılov qeyd edib. 

İsmayılov çıxışının sonunda məhkəmədən protokolların təmin edilməsini xahiş edib. 

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi isə izahatında göstərib ki, idarə tərəfindən Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsi tərəfindən verilmiş icrası məcburi göstəriş qanunvericilikdə müəyyən edilmiş müddətdə icra edilib: “2026-cı ildə göstərişin yerinə yetiriləcəyi barədə məlumat verilib. Göstəriş tam icra olunaraq müvafiq ödənişlər həyata keçirilib”. 

Şəki Rayon Məhkəməsinin qərarı ilə hüquqi şəxs Şəki-Zaqatala Regional Təhsil İdarəsi və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqında iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, Nərgiz Novruzovanın müraciəti ilə bağlı Hüseynova İlhamə Şabiddin qızı İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən şərti olaraq 30 gün icra müddəti müəyyən edilməklə 700 manat məbləğində inzibati cərimə müəyyən edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları