SÜJET
İnzibati xətalar məcəlləsinin 327-ci maddəsinin qeyd hissəsinin tələbinə əsasən, inzibati xətanın törədilməsinə görə təyin edilmiş bal tənbeh tətbiqetmə haqqında qərar qüvvəyə mindiyi andan 1 il müddətinə qüvvədə olur.
Yurd.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) “1 sual – 1 cavab” rubrikasında açıqlanıb.
BDYPİ-nin bu rubrikasının məqsədi hərəkət iştirakçılarının yol hərəkəti qaydaları haqqında biliklərini artırmaqdır.
Burada vətəndaşlardan gələn suallar əsasında mövzular seçilir, cavablar isə mövcud qaydalar və normativ-hüquqi aktlar çərçivəsində təqdim olunur.