İkinci dünya müharibəsində iştirak etmiş yeganə sağ qalan Azərbaycanlı Astara rayonunda yaşayır.
1943-cu ildə döyüşə qatılan İzzət Nəhmətov Belarusun azad olunmasında və Smolensk uğrunda gedən döyüşlərdə iştirak edib.
Yurd.media xəbər verir ki, "AzTV"yə danışan veteran müharibədən 80 il əvvəlki döyüş anlarını xatırlayır:
"25 gün təlimdən sonra bizi müharibəyə apardılar. Bir döyüş yoldaşım var idi, onu snayper vurdu. Snayper onu döşündən vurdu. Mən onda buddan yaralandım."
İ.Nemətov 1944-cü ildə ağır yaralandığı üçün geri qayıdıb.
Qeyd edək ki, ikinci dünya müharibəsində 600 min-dən çox azərbaycanlı döyüşdə iştirak edib.