SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Hikmət Hacıyev Prezidentin 10 gün ərzində üç sammitdə iştirakından yazıb

Hikmət Hacıyev Prezidentin 10 gün ərzində üç sammitdə iştirakından yazıb

  • 10 oktyabr 2025, 19:47

Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

"1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti", - Prezidentin köməkçisi xatırladıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları