SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Grill House restoranının sahibi saxlanıldı - VİDEO

"Grill House" restoranının sahibi saxlanıldı - VİDEO

  • 25 yanvar 2026, 20:06

Bakıda məşhur "Grill House" restoranının sahibi Orxan Qarayev saxlanılıb.

Yurd.Media xəbər verir ki, restoran sahibi tərəfindən 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət olunmuşdu. Şikayətçilər bildirirdilər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:

"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları