SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Göygöldə 60 yaşlı kişini maşın vurub öldürdü

Göygöldə 60 yaşlı kişini maşın vurub öldürdü

  • 14 dekabr 2025, 15:09

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yurd.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Üçtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini İlham Qurbanov “KİA” markalı maşınla Kəlbəcər rayonundan məcburi köçkün olan, hazırda Üçtəpə kəndində yaşayan 1965-ci il təvəllüdlü Mehralı Mamedovu vurub. 60 yaşlı piyada aldığı xəsarətlərdən elə hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma başlanılıb.

Prime Leasing
SPE Annual Caspian