SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Aeroportdan icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edildi

Aeroportdan icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edildi

  • 14 dekabr 2025, 18:37

Bakı Hava Limanından icazəsiz olaraq sərnişin daşıyan taksi sürücüsü həbs edilib.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə 11 dekabr 2025-ci il tarixində saat 03:30 radələrində baş verib. 

Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci

maddələri ilə barəsində protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, G.H. hava limanı ərazisində icazə olmadan sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu üçün saxlanılıb. 

Şəxs saxlama otağında olarkən avtomobil açarının növbətçi hissədə saxlanmasına etiraz etdiyi üçün barəsində məhkəməyə təqdimat verilib.

Məhkəmənin hökmü ilə G.H. barəsində 15 sutka müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

Prime Leasing
SPE Annual Caspian