SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Gənclər festivalı sona çatdı - FOTO

Gənclər festivalı sona çatdı - FOTO

  • 02 sentyabr 2025, 13:34
Şamaxı

İyulun 7-dən avqustun 29-dək davam edən Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest 2025” yekunlaşıb.

Yurd.Media xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxının füsunkar təbiətində təşkil olunan festival respublikanın müxtəlif bölgələrindən olan 2 mindən çox gənci bir araya gətirərək onlara zəngin biliklər, yeni bacarıqlar və dəyərli dostluqlar qazandırıb.

Artıq ənənəyə çevrilmiş və beşinci dəfədir ki,  təşkil edilən gənclərin  festivalı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Festival çərçivəsində ardıcıl olaraq “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” adlı 8 düşərgə təşkil olunub və hər bir düşərgə gənclərin şəxsi və liderlik bacarıqlarının inkişafına, innovativ düşüncə və yaradıcılıq potensialının gücləndirilməsinə yönəldilib.

Qeyd edək ki,  düşərgələr zamanı gənclər tarixin canlı şahidlərinin və ekspertlərin iştirakı ilə keçirilən görüşlərdə Azərbaycanın müstəqillik və suverenlik yolunda apardığı mübarizəni, diplomatik və tarixi prosesləri daha dərindən mənimsəyiblər.

Prime Leasing