SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Gəncədə dəmiryolunda təlim - FOTO

Gəncədə dəmiryolunda təlim - FOTO

  • 23 noyabr 2025, 23:34

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Dəmiryol nəqliyyatında qəzalar zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

Yurd.Media xəbər verir ki, təlimə FHN-in Gəncə Regional Mərkəzinin və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müvafiq qüvvələri cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat hadisələri zamanı qəzaya uğramış qatarlardan və avtonəqliyyat vasitələrindən zərərçəkmişlərin xilas edilməsi ilə bağlı xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı “deformasiyaya uğramış” nəqliyyat vasitəsindən “zərərçəkmişləri” təxliyə edərək, onlara “təxirəsalınmaz ilkin yardım” göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.

Prime Leasing
SPE Annual Caspian