İcra başçıları rayonlara investisiya cəlb etmirlər.
Bunu Ağ Partiyanın sədri Tural Abbaslı “Yurddaş” verilişində müsahibəsində bildirib.
“Bizim xaricdə yaşayan iş adamlarımız var. Məsələn, Almaniya, Rusiya, Fransa, hətta Bakıda belə, mütləq ki, bir iş adamı var. Bəs eşitmisiniz, məsələn, hansısa icra başçısı desin ki: "Biz İmişlinin iş adamları ilə danışdıq və onları öz doğma rayonlarına investisiya qoymağa cəlb etdik, onlara şərait yaratdıq və burada zavod, fabrik açıldı, 200 nəfər iş ilə təmin olundu".
O vurğulayb ki, kəndlərimizin bir sıra problemləri var:
"Bir icra başçısının maksimum 50 kəndi var və həmin 50 kəndin problemi ilə məşğul olmalıdır. Həmçinin, hər kəndin də nümayəndəsi var. Yəni, mexanizm var, lakin onu düzgün şəkildə işlətmirlər”.