SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Füzuli Ələkbərovun şirkəti ANAMA-nı texnika ilə təmin edəcək

Füzuli Ələkbərovun şirkəti ANAMA-nı texnika ilə təmin edəcək

  • 15 dekabr 2025, 22:14

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus şirkət ANAMA-nı texnika ilə təmin edəcək. 

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) minatəmizləmə texnikaları (ehtiyat hissələri dəsti daxil) alır.

ANAMA artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Agentlik sözügedən texnikaların satın alınması ilə bağlı “İmprotex İndustries" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, minatəmizləmə texnikalarının (ehtiyat hissələri dəsti daxil) satın alınması agentliyə 4,119 milyon manata başa gələcək.

Xatırladaq ki, “İmprotex İndustries” MMC keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdəndir. “İmprotex İndustries” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ələkbərov Ruslan Nizami oğludur. 

Prime Leasing
SPE Annual Caspian