SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib - YENİLƏNİB + FOTO

Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib - YENİLƏNİB + FOTO

  • 06 iyun 2025, 22:37

Ermənistanın Sünik rayonundan olan, azaraq Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə qarşı tərəfə təhvil verilib.

Yurd.Media bu barədə yerli mətbuata istinadən xəbər verir.

Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti də təsdiqləyib və daha sonra ətraflı məlumat yayacağını vəd edib.

Xatırladaq ki, Sünik rayonunun Tex icmasının sakinləri - 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər.

15:58

Ermənistan tərəfindən iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

*** 12:40

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb.

Yurd.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.

Ermənistan MTX ehtimal edir ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.

Məlumatda gənclərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması üçün lazımı tədbirlərin görüldüyü bildirilib.

Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

Prime Leasing