Ermənistanda akademik dairələrin tanınmış nümayəndəsi, şərqşünas Vardan Voskanyan son açıqlamasında Azərbaycan vətəndaşlarına qarşı açıq təhdidlər səsləndirib. O, faktiki olaraq Azərbaycanlılara qarşı terror aktlarının törədilməsinə çağırış edib.
Voskanyan iddia edir ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan beynəlxalq qaydaları pozub və buna görə də azərbaycanlıların qətli "ədalətli" olacaq:
"Ən genişmiqyaslı, sistematik, məqsədyönlü və ədalətli erməni qisasının alternativi olmamalıdır, çünki bu, yalnız bizim şərəfimiz deyil, həm də nəsillərimizin təhlükəsizliyi məsələsidir".
Qeyd edək ki, Vardan Voskanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın başçılıq etdiyi "Vətən" partiyasının üzvüdür. Bir kəşfiyyatçının belə radikal bəyanatlar verməsi xüsusilə narahatlıq doğurur.
Ətraflı süjetdə: