SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni təyinat

“Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni təyinat

  • 06 oktyabr 2026, 16:26

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Yəhya Məmmədov QSC-nin Daxili nəzarət departamentinin Daxili monitorinq şöbəsinin müdiri təyin olunub.

O, 2022-ci ildən QSC-də müxtəlif vəzifələrdə çalışır. 2007-ci ildən isə SOCAR-ın özündə müxtəlif vəzifələrdə işləyib.

Xatırladaq ki, "Ekol Mühəndislik Xidmətləri" 2006-ci ilin mart ayında təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

Yəhya MəmmədovYəhya Məmmədov

Qeyd edək ki, daha əvvəl QSC-nin Baş direktoru Ayxan Əliyev özünə yeni müavin və müşavirlər də götürüb - Elmar İbrahimov və Məlahət Useynova “Ekol Mühəndislik Xidmətləri” QSC-də Baş direktorun müşaviri, Erkin Nəsirli Baş direktorun müavini təyin ediliblər.

Skat.az - Ev və Avtomobil elanları