Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni təyinatlar baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, QSC-nin Baş direktoru Ayxan Əliyev özünə yeni müavin və müşavirlər götürüb.
Belə ki, Elmar İbrahimov və Məlahət Useynova “Ekol Mühəndislik Xidmətləri” QSC-də Baş direktorun müşaviri vəzifəsinə təyin ediliblər.
Bir müddət əvvəl isə Erkin Nəsirli Baş direktorun müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.İbrahimov 2013-cü ildən yeni təyinatadək "PAŞA Həyat Sığorta" ASC-də Hüquq, Müştəri Əməliyyatları və İddialar Departamentində çalışıb.
Elmar İbrahimovM.Useynova 2006-cı ildən “Ekol Mühəndislik Xidmətləri” QSC-də mühəndis-texnoloq, daha sonra konstruktor və Yeni Texnologiyaların İnkişafı Şöbəsinin rəisi vəzifələrində fəaliyyət göstərib. 2010-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC və AA Services şirkəti ilə birgə BP tenderinin qalibi olduqlarına görə , yeni yaradılmış birgə müəsisə AAS-EKOL MMC-də (sonrakı adı “Ekol Veyst Management” MMC) ilk gündən direktor müavini/direktor vəzifələrində çalışıb.
Məlahət UseynovaE.Nəsirli isə 2025-ci ilin iyul ayından yeni təyinata qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-də Baş direktorun müşaviri vəzifəsində çalışıb. Əmək fəaliyyətinə 2008-ci ildə “Əmrahbank” SB-nin Nəsimi filialında Maliyyə kredit şöbəsində iqtisadçı olaraq başlayıb. 2013-2015-ci illərdə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə” Atletlər kəndi və oyun xidmətlərinin inteqrasiyası işləri, məkanların tərtibi və xarici görüş üzrə menecer və Bakı olimpiya stadionunun baş meneceri vəzifəsində işləyib. 2015-cı ildən 2016-cı ilədək “Bakı Grand Prix” Şirkəti, Hökümətlə əlaqələr, Protokol və Təhlükəsizlik şöbəsi,Təhlükəsizlik və Protokol üzrə koordinatoru vəzifəsində işləyib. 2016-cı ildə “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”, Hökümətlə əlaqələr, Protokol və Təhlükəsizlik şöbəsi, Təhlükəsizlik və Protokol üzrə meneceri vəzifəsində işləyib. 2016-2018-ci illərdə “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”, Şəhər Əməliyyatları və təhlükəsizlik şöbəsi, Təhlükəsizlik və şəhər əməliyyatları üzrə menecer vəzifəsində işləyib. 2018-2022-ci illərdə “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”, Şəhər əməliyyatları və təhlükəsizlik şöbəsində, rəhbər müavini vəzifəsində işləyib. 2023-2024-cü illərdə SOCAR, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Marketinq və biznesin inkişafı şöbəsində ekspert vəzifəsində işləyib. 2024-2025-ci illərdə SOCAR Baş ofis, Xidmətlər seqmenti, Xidmətlərin idarəedilməsi departamenti, Texniki xidmətlərin və əməliyyatların tənzimlənməsi şöbəsinin, böyük mühəndisi vəzifəsində çalışıb. 2025-ci ildə SOCAR Baş ofis, Xidmətlər seqmenti, Xidmətlərin idarəedilməsi departamenti, Texniki xidmətlərin və əməliyyatların tənzimlənməsi şöbəsinə rəisi vəzifəsində işləyib.
Erkin NəsirliXatırladaq ki, "Ekol Mühəndislik Xidmətləri" 2006-ci ilin mart ayında təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.