Şirkət əvvəlki illərdən nəticə çıxarıb.
“CityNet” ticarət nişanının sahibi “Uninet” MMC-yə qarşı indiyədək vergi öhdəlikləri üzrə tətbiq edilən maliyyə sanksiyaları açıqlanıb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, şirkətə qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.
Belə ki, 2009-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2011-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat və 2018-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat maliyyə sanksiyası tətbiq edilib.
Əvvəlki illərdən nəticə çıxaran şirkətə qarşı sonrakı illərdə isə maliyyə sanksiyası tətbiq edilməyib.
Qeyd edək ki, “Uninet” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi İlqar Nəhmədovdur. MMC-nin nizamnamə kapitalı 127 milyon 284 min 210 manatdır.