SÜJET

Qeyri-sabit hava Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Bu gün mavi suların yolçuları - dənizçilərimizin peşə bayramıdır

Bu gün mavi suların yolçuları - dənizçilərimizin peşə bayramıdır

  • 25 iyun 2025, 16:13

Hər il iyunun 25-də dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunur.

Yurd.Media xəbər verir ki, Beynəlxalq Dənizçilər Günü 2010-cu ildə BMT-nin tərkibinə daxil olan Beynəlxalq Dəniz Təşkilatının nümayəndələri tərəfindən təsis edilib.

Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə Azərbaycanda "Dənizçi Günü" peşə bayramı təsis olunub. Hazırda dünyada yüklərin təqribən 90 faizi dəniz yolu ilə daşınır. Dünya sularında üzən gəmilər vasitəsilə gün ərzində müxtəlif təyinatlı məhsullar daşınır. Dəniz vasitəsilə həyata keçirilən ticarət qlobal iqtisadiyyata da öz töhfəsini verir. Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdənkənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında rol oynayırlar.

Prime Leasing