SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Məktəblərdə qızlara şalvara qoyulan qadağa narazılıq yaratdı - VİDEO

Məktəblərdə qızlara şalvara qoyulan qadağa narazılıq yaratdı - VİDEO

Bərdə, Xızı və İsmayıllı rayonlarından, eləcə də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 182 nömrəli məktəbdən qızların şalvar geyinməsinə qadağa qoyulması ilə bağlı çoxsaylı şikayətlər daxil olub.

Yurd.Media xəbər verir ki, bir sıra rayon məktəblərində qız şagirdlərin soyuq hava şəraitində şalvar geyinməsinə icazə verilmədiyi bildirilir. 

Ekspert Kamran Əsədov məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirib ki, qanunvericilikdə bu cür qadağa yoxdur:

“Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məktəbli formaları arasında hər hansı geyimə qadağa nəzərdə tutulmayıb. Mövsümə uyğun olaraq məktəbli formalarının seçilməsi məktəbin pedaqoji heyətinin qərarına əsaslanır. Əgər hava şəraiti soyuqdursa, şagirdlər rahatlıqla şalvardan istifadə edə bilərlər.”

Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən, təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Qərara görə, məktəblər valideynlərin rəyi nəzərə alınmaqla təklif olunan dörd formadan birini seçməlidir.

Qurumdan verilən məlumata əsasən, qızların şalvar geyinməsinə heç bir hüquqi qadağa tətbiq edilmir.

Prime Leasing
SPE Annual Caspian