Qurban bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin sıxlığı müşahidə olunur.
Yurd.Media xəbər verir ki, bölgələrə gedən avtobuslara marağın artması səbəbindən avtobuslarda və gözləmə zallarında izdiham yaranıb.
Sərnişinlərin sözlərinə görə, bəzi reyslərdə yerlər qısa müddətdə dolub, avtobusların qarşısında növbələr yaranıb.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilimişdi ki, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılmasının təmin ediləcəyi vurğulanmışdı.